İki qonşu dalaşdı, BİRİ DÖYÜLDÜ – SAMUXDA
12-06-2017 00:21

Samuxda döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.
1981-ci il təvəllüdlü Abbasov Fərhad Fərman oğlu qonşusu tərəfindən döyülərək baş nahiyəsindən xəsarət alıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Davanın söyüş üstündə yarandığı bildirilir.
Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.