Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - VİDEO, FOTO

Baxış sayı:
480

"General Polad Həşimov “Biri sənsən, biri mən” mahnısını çox sevərdi. Həmişə bu mahnını dinləyər, hər səsində bir ana sevgisini, bir oğul məhəbbətini yaşardı… Bu gün həmin o mahnı – onun müqəddəs ocağında, əziz anasının yanında səsləndi… Dəyərli sənətkarımız Aybəniz Haşımova bu nəğməni Poladın öz ruhuna ithaf edərək ifa etdi".

Muxalifet.az xəbər verir ki, bu haqda “Fireland Group”un rəhbəri, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında yazıb. O, daha sonra əlavə edib:

"O nəğmə bu dəfə təkcə bir mahnı deyildi, bir xalqın şəhidinə dediyi minnətdarlıq, bir ananın göz yaşına çevrilmiş sevgi idi... Azərbaycanın qəhrəman generalı Polad Həşimovun evini ziyarət edən Aybəniz xanım və sevilən aktyorumuz Füzuli Hüseynov bir daha sübut etdilər ki, sənət yalnız səhnədə deyil – qəlbdə, yaddaşda, şəhid ruhuna dəyər verən baxışda yaşar…

O ocaqda səslənən hər söz, hər nəğmə – şəhidə, anaya və Vətənə olan böyük məhəbbətin, sədaqətin səssiz fəryadı idi. Bu görüşdə yaşanan səmimi sözlər, duyğulu anlar hər birimizin qəlbində silinməz iz buraxdı. Şəhid analarına belə dəyər verən sənətkarlarımız – xalqımızın vicdanı, sənətin qürurudur. Çünki bir nəğmə bəzən bir xalqa səcdə olar… Bəzən bir ana baxışında bütün Vətən susar…

Bəzən bir səssiz dua, bir şəhidin adını əbədiləşdirər…

Yaşasın Vətən uğrunda can verənlərin ruhu!

Yaşasın şəhid Polad Həşimov – bir millətin yaddaşında ölməz olan generalımız!"

Muxalifet.az