“DTX Naxçıvanda əməliyyata başlayanda Şərurun icra başçısı əlində olan 60 kartı sahiblərinə payladı” – ŞOK

Naxçıvan şəhəri, Şərur rayon sakini, adının gizli qalmasını istəyən şikayətçi tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayətçi Naxçıvanda olan qanun pozuntuları haqda məlumat verib:
“DTX Naxçıvana gəlməmişdən qabaq, 60-a yaxın bank kartı Şərur rayon icra başçısının əlində olub. DTX gəlib araşdırmlara başlayanda həmin kartlar sahiblərinə paylanıldı. İndi həmin şəxslər DTX-ya dua edib, öz işlərini görürlər. DTX gəlməmişdən qabaq isə küçələri qalstuqlu idarə işçiləri süpürürdü.
Bu bankomat kartlarının əvvəlki “aqibəti” araşdırılsa, DTX görər ki, nə qədər insanın haqqına girilib və nə qədər pullar mənimsənilib. Bu məsələni Şərurda hər kəs bilir. Hətta Naxçıvanda yaşayan hər kəs burada olan “Naxçıvan qanunları”ndan xəbərsiz deyil. Biz sakinlər heç istəmirik ki, DTX burdan getsin. Əksə halda, fikirləşmək belə istəmirik ki, biz şikayətçilərin halı necə olacaq...”.
Jalə FAMİLQIZI,
Hurriyyet.az