​İRAN NÜVƏ OBYEKTLƏRİNDƏKİ KAMERALARI İŞƏ SALACAQ – Tehran şərtlərini açıqladı

Baxış sayı:
12450

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, ölkəsi İslam Respublikasına qarşı bütün ittihamların götürülməsi şərti ilə bütün nüvə obyektlərində MAQATE-nin kameralarını işə salacaq.
Muxalifet.az xəbər verir ki, bunu “Mehr News” yazır.
Məlumata görə, Eslami bunu Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan 2015-ci il nüvə sazişinin yenidən başlanmasına dair razılaşma əldə olunarsa, İranın kameraları işə salıb-açmayacağı ilə bağlı suala cavab olaraq deyib.
Onun sözlərinə görə, kameralar yalnız bütün anti-İran ittihamları ləğv edildikdən və bütün maraqlı tərəflər Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə qayıtdıqdan sonra yenidən işə salınacaq.
Xatırladaq ki, 2022-ci ilin iyununda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ABŞ tərəfindən hazırlanmış müvafiq qətnaməni qəbul edəndə İran bir neçə kameranı söndürüb.