İRAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ GƏRGİNLİK - Zastava “SİLAHA” komandası ilə qaldırıldı...

Baxış sayı:
17909

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var.

Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 23-də saat 00:20 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülüb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl - Horadiz avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən qara rəngli “Mersedes E 190” markalı 90-DJ-159 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Füzuli rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad oğlunun idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə marixuanayabənzər maddələr və 5 ədəd “Millionaire” markalı spirtli içkiləraşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.