“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - İDDİA

Baxış sayı:
10297

Kriminal aləmdə "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun ətrafı onun öldürülmə səbəbinin kəsilmiş qulağa görə intiqam olduğunu hesab edir.

Muxalifet.az oxu.az-a istinadən bildirir ki, Türkiyədə öldürülən "Quli"nin ortaqları qətllə bağlı öz araşdırmalarını aparıblar. Onlar əmindirlər ki, cinayətin təşkilatçısı Rafiq Eyvazovdur ("Rafiq Massalinski").

Belə ki, adıçəkilən "qanuni oğru"ların hər zaman mürəkkəb münasibətləri olub. 2013-cü ildə "Massalinski" həbs edildikdə "Quli" hər kəsə onu "qanuni oğru" kimi tanımamağa çağırıb.

2017-ci ildə isə "Quli"nin əmri ilə R.Eyvazova hücum edilib və onun qulağı kəsilib.

Mənbənin məlumatına görə, bundan sonra "Massalinski" intiqam alacağına söz verib və hücumda iştirak edən N.Səlifovun ətrafından iki nəfəri öldürüb. Avtoritetin özünə çatmaq üçün isə o, "Quli"dən zərər çəkmiş digər "qanuni oğruları" ətrafına toplamağa başlayıb.

Qətlin maliyyələşdirilməsində isə 2016-cı ildə güllələnən Rövşən Caniyevin ("Lənkəranski") yaxınları iştirak ediblər.

Qeyd edək ki, "Lənkəranski"nin qətlində "Quli"nin əli olduğu düşünülür.