Koronavirusa qarşı peyvəndin qiyməti açıqlandı
29-07-2020 06:58
Baxış sayı:
2685
Amerikanın biotexnika şirkəti “Moderna” COVID-19-a qarşı peyvəndin bir kursunun qiymətini 50-60 ABŞ dolları arası təyin etmək niyyətindədir.
“Report” RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Şirkət bu qiyməti ABŞ və digər yüksək gəlirli ölkələr üçün müəyyən edib.
Qeyd olunub ki, qiymət dəyişə bilər. Çünki, daha əvvəl “Pfizer” və “BioNTech” şirkətləri peyvəndin qiymətinin 19,5 ABŞ dolları təyin edib və ABŞ-la 600 milyon ədəd peyvəndin satışı barədə razılıq əldə edib.