Liviya MBH Haftar qüvvələrini geri çəkilməyə məcbur etdi - ÇOX SAYDA İTKİ VAR

Beynəlxalq Birliyin tanıdığı Liviya Milli Birlik Hökumətinə aid hərbi birliklər, üsyançı general Haftarın hərbi qüvvələrinin, paytaxt Tripolinin cənubuna tərtib etdiyi hücumu dəf edərək, onları geri oturtdu.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
MBH-nin apardığı Burkan el-Gadab əməliyyat təmsliçisi Mustafa el-Mecei, Anadolu Ajansı muxbirinə açıqlamasında, Haftar qüvvələrinin, Tripolinin cənubundakı Səlahəddin bölgəsinə havadan və qurudan hücum təşkil etdiyini bildirdi. Mecei, MHB birliklərinin hücumu püskürdərək, et-Takbali düşərgəsinin nəzarət altına alındığını və Haftar hərbçilərinin ağır itkilər verdiyini bildirdi. Haftar güçlərinin Tripoliyə raket hücumunda isə bir qadın həlak olub. Xalqa yeni hücumdan qorunmaq üçün raketlərin düşdüyü yerlərdən uzaq durmaq çağırışı edildi.
Muxalifet.az