Bakıda sərnişin avtobusları toqquşdu
24-12-2019 20:10
Baxış sayı:
2810

Bakıda sərnişin avtobusları toqquşub.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, "Gənclik" metrostansiyasının qarşısında baş verib.
26 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu dayanacaq yaxınlığında idarəetməni itirərək qarşısında dayanan 202 saylı marşrut avtobusu ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtobusa ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (trend)