6 nəfərin yaralandığı qəzanı tanınmış ektrasens törədib – FOTO
23-12-2019 16:09
Baxış sayı:
2161

Xəbər verdiyimiz kimi, dünən Hacıqabulda “Toyota" markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova). O və ailə üzvləri hazırda Hacıqabul Mərkəzi xəstəxanasında müalicə alır. Qeyd edək ki, yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.