Saat 15:00-dək 30 faizə yaxın seçici səs verib - RƏSMİ AÇIQLAMA
23-12-2019 15:47
Baxış sayı:
1798

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 26,88 faiz olub.
O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfərinin səs verdiyini diqqətə çatdırıb.