DAHA BİR DƏM QAZI FACİƏSİ - 23 yaşlı qadın boğulub öldü

Baxış sayı:
9667

Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğulub. Muxalifet.az-ın məlumatına görə, hadisə rayonun Füzuli küçəsi ev 24 ünvanından qeydə alınıb. Həmin mənzildə yaşayan, 1996-cı il təvəllüdlü Mənsimə Osmanova evin hamamında dəm qazından boğulub. Onun həyat yoldaşı onu ölü vəziyyətdə aşkarlayıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.