Avtomobildə uşaqlarını gözləyən qadının üzərinə yük maşını düşdü - FOTOLAR

Cənubi Afrikada yolun kənarında məktəbdən çıxan uşaqlarını gözləyən qadın sürücünün üzərinə yük maşını düşüb. Şansız qadın demək olar ki, tamamilə əzilən avtomobildə 40 dəqiqə xilas edilməyi gözləyib.
Moderator.az xəbər verir ki, Cənubi Afrikanın Port Elizabeth şəhərində baş verən qəza dünya miqyasında gündəmə çevrilib. Hadisə zamanı 26 yaşlı qadın sürücü məktəbdə olan uşaqlarını evə aparmaq üçün avtomobilini məktəbin yaxınlığında park edib.
Bu zaman bir yük maşını yolun kənarındakı divardan içərisində qadının olduğu avtomobilin üstünə düşüb. Qəza zamanı bədəninin bir çox yerindən xəsarət alan qadın dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Həkimlər ağır yaralanan qadının bədənində qırıqlar əmələ gəldiyini və vəziyyətinin qənaətbəxş olduğunu açıqlayıb.