Rusiya Qırğızıstana təmənnasız hərbi texnika verdi
27-11-2019 22:32
Baxış sayı:
14938

Rusiya Müdafiə Nazirliyi Qırğızıstana iki ədəd Mi-8MT vertolyotu və iki radiolokasiya stansiyası verib.
Hərbi texnika rəsmi Bişkekə hərbi-texniki yardım məqsədilə təmənnasız verilib. Verilən texnika Rusiya müəssisələrində müasir səviyyədə təmir olunub.
Müdafiə Nazirliyinin açıqlamasında iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafı çərçivəsində regionda sabitliyin saxlanılmasının vacibliyi qeyd olunub.