PKK parçalanır, terrorçular təslim olurlar

Baxış sayı:
16123

“Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatının sıralarını tərk edənlərin sayı günü-gündən artır.

Ötən gün Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və rabitə vasitəsi ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı bəyanatda bildirilib ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində PKK/PYD terror təşkilatında parçalanma sürətlənir, təşkilatdan qaçanların və təslim olanların sayı artır: “2019-cu il noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi organlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və rabitə vasitələri ilə Suriyadan qaçaraq Şanlı Urfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub".

Azvision.az-ın məlumatına görə, YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.