Ağ Evdə təhlükə siqnalı - Qapılar bağlandı, qırıcılar havaya qalxdı

Baxış sayı:
16051

ABÇ-ın paytaxtı Vaşinqtonda hava məkanının pozulması ilə bağlı xəbərdarlıq siqnalı verilib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, təhlükəsizlik qüvvələri dərhal Ağ Evi bağlayıb, havaya qırıcı təyyarələr qaldırılıb. Saray bağlandığından brifinqdə olan jurnalistlər də zalda qalmalı olublar.
Ağ Evin boşaldılma qərarı hava məkanı tam nəzarətə götürüldükdən 30 dəqiqə sonra ləğv edilib. Detallar araşdırılır.