Kraliça bu türk serialına görə hər kəsə ÇAĞIRIŞ ETDİ
26-11-2019 19:07
Baxış sayı:
16408

Malayziya Kraliçası Əzizah Aminah Maimunah İskəndəriyyə sosial media hesabından hər kəsə Osmanlı İmperiyasının yaranma tarixindən bəhs edən “Quruluş Osman” və “Payitaht Abdülhamid” seriallarını izləməyi məsləhət görüb. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kraliça “Diriliş Ərtoğrul” serialını 5 ildir izlədiyini, amma doymadığını etiraf edib: “İndi “Quruluş Osman”ı izləyirəm. Hər kəsə ən çox sevdiyim serialı izləməyi tövsiyə edirəm. Mövzu İslama tamamilə aiddir. Qeyd edək ki, baş rolda Burak Özçivitin oynadığı “Quruluş Osman” ilk seriyadan izlənmə rekordu qırıb.