Nümayişçilər Gürcüstan рrezidentini mühasirəyə aldılar və fitə basdılar - VİDEO
26-11-2019 10:08
Baxış sayı:
13411

Tbilisidə nümayişçilər Gürcüstan Рrezidenti Salome Zurabişvilini restoranların birində mühasirədə saxlayıblar.
“Gürcüstan Online” xəbər verir ki, Рrezident bir saata yaxın restorandan çıxa bilməyib.
Zurabişvilini parlamentə yaxın bir restoranda nahar etdiyi zaman görüblər və tezliklə bura etiraz aksiyasının iştirakçıları toрlaşıblar. Onlar Рrezidenti ölkədə baş verənlərə biganəlikdə ittiham ediblər.
Daha sonra restorana polis dəstələri gəlib və çıxışı nəzarət altına alıb. Bundan sonra Zurabişvili restorandan çıxıb maşınına əyləşib. Bu zaman onu fitə basıblar.