Rusiya İdlibdə döyüşmək istəmir – «Moskva yeni itkilərdən qaçmağa cəhd edir»

Baxış sayı:
11857

İdlib şəhərində gələcək hərbi fəaliyyətə yönəlik fikirlər haçalanır. Ancaq mütəxəssislər təmas xəttinə yaxın rayonlarda Suriya rejim ordusu tərəfindən hücumun bərpasından ciddi şəkildə ehtiyatlanırlar.

«Arabi 21»-ə danışmağa razılıq vermiş hərbi və siyasi dairələrdəki mənbələrin sözlərinə görə, yaxın vaxtlarda Rusiya İdlibə ediləcəyi gözlənilən hücumda iştirak etməyəcək. Bunun bir sıra səbəbləri var.

Hərbi ekspert, briqada generalı Əhməd Rihalın təsdiqlədiyi kimi, Moskva «Hayat Təhrir əş-Şam» («Cəbhət ən-Nursə») təşkilatı ilə problemlərini həll etmək üçün Türkiyəyə vaxt vermək niyyətindədir. Ankara bunu yaxınlarda keçirilmiş Türkiyə, Rusiya və İran liderlərinin sammitində vəd edib.

O, əlavə edib: «Hətta əgər Rusiya İdlibə hücumu planlaşdırmış olsa belə, hazırda Suriya xalqına qarşı cinayətkar əməliyyatlar aparmaq istəmir. Belə ki, bu mövzu BMT Baş Məclisinin iclasının gündəliyindədir».

Bundan başqa, Moskva dinc əhaliyə kütləvi informasiya vasitələri ilə təsir göstərmək istəyir. Söhbət «qara təbliğat»dan və problemin həlli istiqamətində başarıları nümayiş etdirməkdən gedir. Məsələn, mülki əhali üçün «KPP»-i açmaq və beynəlxalq magistrallara nəzarət istiqamətində razılığa nail olmaq. Bunda isə məqsəd inqilabçıların qəlbində döyüşmək istəyini söndürməkdən ibarətdir. Azad ordunun kapitanı Əbdül Salam Rəzzakın fikrincə, bunu gələcək döyüşlər üçün istifadə etmək olar – yaxın və ya uzaq döyüşlər.

O, davam edib: «Döyüş fəaliyyətinin dayandırılmasının digər səbəbləri arasında Rusiya dəstəyi almış qrupların yenidən qurulması, onların döyüş hazırlığının yoxlanılmasını, sıralarının doldurulmasını, birinci və ikinci eşalonların silah-sursatla, texnika, təyyarə və ağır silahlarla təchiz olunması məsələlərini də qeyd etmək olar».

Əbdül Rəzzak hesab edir: «Xamın şimal hissəsi üzərində rejim tərəfindən nəzarətin qurulmasının bədəli çox yüksək olub – rusların gözlədiklərindən də yüksək». Elə onun sözlərinə görə, Rusiya yeni itkilərdən qaçmağa cəhd edir və diqqəti gələcəkdə siyasi yolla getməyə yönəldir – bütün maraqlı ölkələrlə görüş və danışıqlar aparmaq yolu ilə.

«Həyat Təhrir əş-Şam»-ın taleyinə və onunla bağlı hərbi fəaliyyətdə möhlət elan olunması məsələsinə gəlincə, Əbdül Rəzzak hesab edir ki, konkret olaraq bu silahlı birləşmənin maraqları Rusiyanı qayğılandırmır. Nədən ki, onun siyasəti və Suriya inqilabına yönəlik baxışları rejimin mövqeyi ilə üst-üstə düşür. Başqa sözlə, Rusiya bütün üsyançıları terrorçu hesab edir.

Hərbçi əlavə edib: «Rusiyanı ərazi üzərində nəzarətin bərpası və Suriyanın hər yerində rejim hakimiyyətinin bərpa olunması qayğılandırır – onun legitimləşdirilməsi və siyasi iradəsinin əhaliyə qəbul etdiriməsi…»

Rusiya güclərinin əlində bütöv bir «məqsəd siyahısı» var və azad olunmuş ərazilərdə onların reallaşdırılması qaçılmazdır. Suriya xalqına qarşı öz müharibəsində o, heç vaxt seçmə məqsədlərə ümid bəsləməyib, nədən ki, bu, Rusiyanın strategiyası ilə zidiyyət təşkil edir.

Gələcək döyüşləri proqnoz edən Əbdül Səlam Rəzzak təsdiqləyir ki, Rusiya ən mühüm obyektləri ələ keçirmək üçün hərbi əməliyyatları seçmə qaydasında dəstəkləyəcək. Bu da rejimin İdlib üzərində nəzarət sahəsini genişləndirəcək və üsyançıların manevrləri üçün məkanı kiçildəcək.

Suriya məsələsi üzrə mütəxəssis Əhməd Səid hesab edir ki, hazırda, Konstitusiya komitəsinin işə salınması elan ediləndən sonra, Moskvaya sakitləşmək lazımdır.

«Arabi21»lə söhbət zamanı o, qeyd edib: «Rusiya ümid edir ki, Konstitusiya komitəsinin layihəsi hamıya onun siyasi həlli necə gördüyünü «sırıyacaq» ki, bu da Suriya rejiminin mövqeyi ilə üst-üstə düşür. O, konstitusiyaya yalnız Əsədin səlahiyyətlərini məhdudlaşdıran bir neçə düzəlişi nəzərdə tutur».

Digər səbəblər sırasında (İdlibdə döyüş əməliyyatlarının dayadırılması üçün – red.) Səid amerikalıların mövqeyini qeyd edib. Onlar İdlibin Suriya rejiminin nəzarəti altına qaytarılması ideyasını qəti şəkildə rədd edirlər.