Evini Şəhidlər muzeyinə çevirən azərbaycanlı - Video
29-09-2019 19:35
Baxış sayı:
3376

Gəncə şəhər sakini Elnarə Tağıyeva öz şəxsi evini Şəhidlər muzeyinə çevirib.
Muxalifet.az xəbər verir ki, Baku TV-nin hazırladığı videoreportajda mənzilində müharibə dövründə döyüşən, cəbhədən geri dönməyən, itkin düşən və ya şəhid olan əsgər və zabitlərin yaxınlarından onlara məxsus əşyaları alaraq muzey eksponatı kimi toplayan Gəncə sakinindən bəhs olunub.
Hazırda muzeydə müxtəlif fotolar, əsgər geyimləri, gilizlər, qəlpələr, hərbi ləvazimatlar qorunub-saxlanılır. Belə eksponatların sayı 2900-dən çoxdur.
Bildirilib ki, muzey şəhər sakinlərinin də daim diqqətindədir. Buranı tez-tez tələbələr, şagirdlər, şəhid ailələri, qazilər ziyarət edir.