Dəhşətli YOL QƏZASI: 17 tələbə öldü
29-09-2019 19:32
Baxış sayı:
3349

Tailandın şimal-şərqində texniki kollecin 17 tələbəsi pikapın iştirakıyla baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Muxalifet.az “RİA-Novosti” agentlyinə istinadən xəbər verir ki, bu haqda yerli polisə istinadən “Thaiger” internet portalı bildirib.
Hadisə Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətində baş verib. Tələbələr dərsdən evə qayıdırdılar. Portalın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, pikapın arxa hissəsində oturmuş 12 tələbə hadisə yerində həlak olub, daha 5 nəfər ağır zədələrə görə xəstəxanada ölüb.