Təlim zamanı qəza - "MiQ-29" düşdü
29-09-2019 15:53
Baxış sayı:
3359

Slovakiyanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı ölkənin qərbində, Nitryanskda, Zlate-Moravse şəhəri yaxınlığında qəzaya uğrayıb.
Xarici KİV-lər xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib: "Zlate-Moravse şəhəri yaxınlığında "MiQ-29" qəzaya uğrayıb, pilot katapulta vasitəsilə xilas olub".
Qeyd edilir ki, təyyarə şənbə günü axşam, təlim uçuşu zamanı qəzaya uğrayıb. İkinci qırıcı isə yerə enib.
Hadisə yerinə ölkənin müdafiə naziri Peter Qaydoş gəlib. Pilotun taleyi hələlik naməlumdur./Yeniavaz.com