Bakıda 11 yaşlı qızın diri-diri yanaraq ölməsi barədə YENİ FAKTLAR

Baxış sayı:
3203

Ötən gecə Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.

Hadisə Biləcəri qəsəbəsinin Keyrəki vulkanının yaxınlığındakı hissəsində - yeni tikilmiş 30 kvadrat metrlik evdə baş verib. Hələlik dəqiqləşməyən səbəbdən evi ani olaraq alov bürüyüb. Ailə üzvləri tez qaçaraq mənzili tərk etsə də, 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızı çölə çıxa bilməyib. Ətrafdakı şəxslər su tökərək yanğını söndürməyə cəhd etsə də, nəticəsi olmayıb və taxta-plastik materiallardan tikilən ev qısa müddətdə yanıb. Ev sahibinin 11 yaşlı qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Fakta bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır./publika