PAŞİNYANIN HƏBSİ TƏLƏB OLUNDU - "Qanun qarşısında hamı bərabərdir"

Vəkil Aleksandr Koçubayev məhkəmədə Ermənistanın baş naziri Nikol Paşinyanın tutulmasını tələb edib.
Erməni KİV-ləri xəbər verir ki, bu barədə Koçubayev şəxsi Feysbuk hesabında yazıb.
Bildirilir ki, sentyabrın 27-də axşam saatlarında bir qrup şəxs Ermənistanın ikinci prezidenti Robert Köçəryana girov qoyulması barədə ərizəni rədd edən hakim Anna Danibekyana təqib etməyə başlayıb. Ona psixoloji təzyiq göstərməyə çalışıblar. Anna Danibekyanın şikayəti ilə əlaqədar cinayət işi açılıb və Narek Mutafyan və Sarkis Ohanjanyan tutulub. Onlar məhkəməyə hörmətsizlikdə, o cümlədən "hakimlərin çırpılması" ilə bağlı bəyanatla ittiham olunublar
Koçubayevin sözlərinə görə, saxlanılan gənclər yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın dedi sözləri səsləndiriblər: "Hələ də divarların altına çırpılan hakimlərin olması faktı ortadadır".
“Əgər istintaq hesab edirsə, belə sözlərin səsləndirilməsi hakimlərin işini dayandırmaq deməkdirsə, onda onlar da Nikol Paşinyanı ittiham etməlidirlər. Ümid edirəm ki, qanun qarşısında hamı bərabərdir”, - deyə vəkil əlavə edib.
Qeyd edilir ki, keçmiş prezident Robert Köçəryan 2008-ci il martın 1-də etirazları dağıtmaq üçün cinayət işində konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində üçüncü dəfə həbs olunub.