POLİSLƏR SƏNGƏRƏ DOLDURULDU: “Arxada kef çəkirdiniz, bir az da xidmət edin!”

Baxış sayı:
5780

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Ermənistanda başlayan hərbi təlimlər davam edir.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, təlimin üçüncü günü maraqlı hadisə baş verib. Ermənistan hərbi-siyasi rəhbərliyinin qərarı ilə daxili işlər orqanlarının bütün şəxsi heyəti hərbi təlimlərə cəlb edilərək poliqonlara aparılıb.  
Məlumata görə, polis dəstələrinin səngərlərə doldurulması onların təhqir edilməsi ilə paralel müşahidə edilməkdədir. Mənbənin məlumatına görə, düşmən hərbi komandanlığı ölkənin müdafiəsinin ağırlığının hərbçilərin üzərinə düşdüyünü, polisin isə “arxada kef etdiyini” əsas gətirərək onların daha ağır təlimlərə cəlb edilməsinə çalışır.
Onu da qeyd edək ki, polis əməkdaşlarının 10 günlük hərbi təlimlərə qatılması, onların hərbçilər tərəfindən təhqir edilməsi polislər və onların yaxınları tərəfindən narazılıqla qarşılanmaqdadır. Lakin  rəsmi İrəvan bütün narazılıqlara və çatışmazlıqlara baxmayaraq, hərbi təlimləri sona qədər davam etdirməkdə israrlıdır.