Alt paltarı və corablarını sataraq sərvət qazanır - MARAQLI

Baxış sayı:
8809

ABŞ-da geyinilmiş alt paltarı və corablarını sataraq pul qazanan "Instagram" modeli ayda 12 min dollar qazandığını deyib. 
32 yaşlı Vani Vikosun "Instagram" da 615 min izləyicisi var. Modelliklə məşğul olan Vani əlavə iş olaraq internet vasitəsi ilə geyinilmiş paltarlarını satır.
Florida ştatında yaşayan modelin geyinilmiş bir cüt corabın qiyməti 100 dollardır. Satılan geyimlər arasında alt paltarı və bir gün boyu geyinilmiş corab kimi müxtəlif geyimlər var. 
Bu işə izləyicilərinin istəyi ilə başladığını deyən gənc model istifadə edilmiş corabların daha çox satıldığını vurğulayıb.