Keçmiş merin evinin zirzəmisindən 13 ton qızıl tapıldı - VİDEO

Baxış sayı:
8776

Çin polisi Qançjou şəhərinin keçmiş meri Çjan Tsinin evinin zirzəmisindən 13,5 ton qızıl tapıb.

Xarici KİV-lər xəbər verir ki, qızıllar külçələr şəklində olub. Bundan başqa, xeyli miqdarda nağd pul da aşkarlanıb. 57 yaşlı Çjan mer olanadək Kommunist Partiyanın katibi olub.

Qeyri-rəsmi məlumata görə, Çjanın evinin zirzəmisindən ümumilikdə 268 milyard yuan tapılıb.