Vilayət Eyvazov 2 polkovniki işdən çıxardı
27-09-2019 17:11
Baxış sayı:
8251

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.
Bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.
Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb. (report)