İŞ ADAMI SÜRÜCÜSÜNDƏN ŞİKAYƏT ETDİ - "Maşınımdan 23 min manat aparıb"
26-09-2019 20:34
Baxış sayı:
6242

Bakıda sürücü müdirinin avtomobilini qarət edib.
Muxalifet.az "Trend"ə istinadən xəbər verir ki, məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
İş adamı İsmayılov Əlmürsəl Nəsrəddin oğlu polisə müraciət edərək bildirib ki, onun avtomobilindən ayrı-ayrı vaxtlarda 23 min 765 manat oğurlanıb.
Zərərçəkmiş bildirib ki, hadisədə Həsən adlı sürücüsündən şübhələnir.
Faktla bağlı araşdırma aparılır.