Bakıda YANĞIN: Əraziyə yanğınsöndürən maşınlar cəlb olundu - VİDEO
26-09-2019 17:41
Baxış sayı:
6469

Bakı şəhəri, Qaradağ rayonunda təkər tullantıları yanıb.
Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva "Report"a bildirib ki, yanğın ƏIət-Astara magistral yolunun Qaradağ rayonundan keçən hissəsinin yaxınlığındakı qamışlıq deyilən ərazidə qeydə alınıb:
"Ciddi bir şey yoxdur, orada olan təkər tullantıları yanıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".