Meriya müxalifəti Lökbatana göndərdi, ƏLİ KƏRİMLİ İMTİNA ETDİ / Yenilənib

Baxış sayı:
6670

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Belə ki, BŞİH-də müraciətə baxılıb və mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib. Öz növbəsində AXCP sədri Əli Kərimli bildirib ki, müxalifət şəhər xaricində aksiya keçirməkdən imtina edir. “Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə “yox” demək kimi qiymətləndiririk”,-deyə Ə.Kərimli öz Facebook səhifəsində yazıb. Qeyd edək ki, müxalifətçilərin ənənəvi olaraq mitinqlərini keçirdiyi Yasamal rayonundakı "Mehsul" stadionu təmirə bağlanıb. *** Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. “Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, Neftçi İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.