“Qarabağ yalnız Azərbaycanın deyil, beynəlxalq birliyin və İslam dünyasının problemidir”

Baxış sayı:
5893

Tofiq Abbasov: “Beynəlxalq təşkilatlar bu məsələdə tətbiqi qərarlar alarsa, bunun səmərəsini görmək olar”
BMT Baş Assambleyasının Nyu-Yorkdakı toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminə diqqət çəkib, erməni təcavüzünün ağır nəticələrinə toxunub.

Maraqlıdır, Türkiyə, Pakistan kimi dost dövlətlərin beynəlxalq təşkilatlarda Qarabağ problemini dilə gətirməsi həmin qurumları hərəkətə keçirə, problemin həlli üçün daha təsirli qərarların alınmasına kömək edə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu məsələdə siyasi dəstəyin böyük rol oynadığını qeyd etdi:
“Əslində Qarabağ kimi münaqişəli problemlərin həllində siyasi dəstəyin artması bizim üçün dövlət olaraq vacibdir. Qarabağ problemi yalnız Azərbaycanın deyil, həm bölgə dövlətlərinin, həm dünya birliyinin, həm də müsəlman dünyasının problemidir. Türkiyə prezidentinin BMT-dəki çıxışı göstərir ki, problem gündəmdədir və ona beynəlxalq diqqət də kifayət qədər güclüdür.
Lakin bununla belə biz bilirik ki, beynəlxalq təşkilatlarda bu cür problemlərlə bağlı əsas məqamlardan biri həll mexanizmi ilə bağlıdır. Birincisi, onlar gərək mövcud olsunlar, ikincisi, onlar gərək kəsərli olsun, əməli, rassional nəticələrə səbəb olsun.
Ona görə də bölgədəki nüfuzlu dövlətlrin bu məsələyə münasibət bidlirməsi bizim üçün vacibdir. Necə ki, belə bir münasibət bildirirlər. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Diplomatiyamızın uğurudur ki, bizə yaxın olan dövlətlər dərdimizə şərik olurlar, Ermənistana öz xəbərdarlıqlarını edirlər. Yeri gəlmişkən, Pakistanm iki gün bundan öncə Ermənistana belə bir xəbərdarlıq edib.
Təbii ki, beynəlxalq təşkilatlar Ermənistanaya təzyiq məqsədi ilə tətbiqi qərarlar alsalar, biz bunun səmərəsini görə bilərik”.