Rıbka Bakıya qayıtdı
25-09-2019 23:56
Baxış sayı:
12409

Uzun müddət idi zədədən əziyyət çəkən Aleksandr Rıbka bu gün "Səbail"in düşərgəsinə qayıdıb.
"Qafqazinfo" xəbər verir ki, ukraynalı qapıçı zədəsinin müalicəsindən sonra Bakıya dönüb. O, “Səbail”in düşərgəsinə baş çəkib, baş məşqçi Aftandil Hacıyev və komanda yoldaşları ilə görüşüb. Rıbkanın yaxın zamanda komanda ilə birgə bərpa məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, apreldə Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə matçda zədələnən A.Rıbka müalicəsini Ukraynada davam etdirirdi.