Özünü idarə edə bilməyən hakim matçı “idarə” edərsə... - Video
25-09-2019 20:50
Baxış sayı:
11773

Çexiya Gənclər Liqasının oyununda qəribə hadisə baş verib.
"Yeni Sabah" xəbər verir ki, "Beroun" - "Slani" matçına yan xətt hakimi Milan Sefara sərxoş halda çıxıb.
Laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır.
Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.