Rusiyada müxalifətin şənbə etirazları - Kremlin anti-inqilab planı varmı?

Baxış sayı:
7308

Elçin Mirzəbəyli: “Aksiyalardan sonra ABŞ və müttəfiqlərin Rusiyaya qarşı ritorikaları daha da sərtləşib”; Tofiq Abbasov: “Hakimiyyət qarşıdurma meyili ilə bağlı həssas durumda olmağa məcburdur”

Sentyabrın 8-də Moskva Şəhər Dumasına keçiriləcək seçkiyə bir sıra müxalif siyasətçilərin buraxılmamasına etiraz olaraq ötən şənbə Rusiya paytaxtında genişmiqyaslı etiraz aksiyası keçirilib. Aksiyada 20 mindən çox şəxsin iştirak etdiyi iddia olunur.

Yayılan məlumata görə, Rusiya paytaxtında keçirilmiş etiraz yürüşünün Moskva polisi tərəfindən dağıdılması zamanı 1000-dən çox iştirakçı saxlanılıb. Moskva meriyası binası qarşısında keçirilən aksiyanı dağıdarkən polis əməkdaşları etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər.

Aksiya iştirakçıları müxalifətçi namizədlərin seçki bülletenlərindən çıxarılması əleyhinə etiraz bildirmək üçün yürüşdə iştirak ediblər. Müxalifət hesab edir ki, namizədlərinin seçki bülletenlərindən çıxarılması siyasi motivlərə görə edilib. Bu barədə BBS Azərbaycanca xəbər yayıb. Məlumatda deyilir ki, sentyabrın 8-də keçiriləcək Moskva şəhər dumasına seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürən bəzi müxalifətçi fəallar bundan bir qədər əvvəl həbs olunublar. Rəsmilər təxminən 30 namizədin adını bülletenlərdən çıxararaq bildiriblər ki, həmin namizədlər qeydiyyatdan keçmək üçün tələb olunan sayda imza toplaya bilməyiblər. Moskvada keçirilmiş icazəsiz yürüşdə 1074 nəfərin həbs olunduğu bildirilib, müşahidəçilər isə 1127 nəfərin saxlandığını bəyan ediblər. Moskva meri Sergey Sobyanin aksiya iştirakçılarını “təhlükəsizliyə təhdid” adlandıraraq ictimai asayişin qorunacağını vurğulayıb.

Russia protesto ile ilgili görsel sonucu

Prezident Vladimir Putinin sərt tənqidçisi olan müxalifət lideri Aleksey Navalnı icazəsiz aksiyada iştirak etmək çağırışlarına görə çərşənbə günü 30 sutkalıq müddətə həbsə olunub. Xüsusi təyinatlı polis əməkdaşları Moskva meriyası binası qarşısına toplanmış etirazçı kütləsini dağıdaraq saxlanılanları polis məntəqələrinə aparıb. Etirazçılar arasında yaralananlar olub, təhlükəsizlik qüvvələri əməkdaşlarından isə azı iki nəfər gözyaşardıcı qazın təsirindən göz zədəsi alıb.

Russia protesto ile ilgili görsel sonucu

Həmçinin A.Navalnının saxlanıldığı Moskva xəstəxanası qarşısında toplanan aktivistləri polis saxlayıb (Axar.az). “Teleqram” sosial şəbəkəsində xəstəxana qarşısında toplanan 40 şəxsdən 10-nun saxlanıldığı bildirilib. Saxlanılanlar arasında “Dojd” televiziyası və “Snob” saytının jurnalistləri, eləcə də Sankt-Peterburqdan olan fotoqraf Georgi Markov da var. Navalnının özüylə bağlı isə sosial şəbəkələrdə müxtəlif ziddiyyətli xəbərlər paylaşılır. Navalnının tərəfdarları, o cümlədən onun yaxın ətrafı siyasətçi ilə bağlı heç bir məlumat ala bilmədiklərini bildirir.

Russia protesto ile ilgili görsel sonucu

Navalnı gözlənilmədən xəstəxanaya yerləşdirilib. Rəsmi açıqlamaya əsasən, o, kəskin allergiya keçirdiyi üçün səhhəti pisləşib və xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti stabilləşib. Bəzi kanallar Navalnının yeni Yuşşenko ola biləcəyini, hökumətin baş verənləri gizlətməyə çalışdığı üçün payızda Rusiyada siyasi mübarizənin çox qızğın olacağını iddia edib.

Şimal qonşumuzda baş verənləri inqilabın “addım səsləri” hesab edənlər də var. Bu mənada baş verənlərdən Rusiya prezidentinin ciddi şəkildə narahat olduğu da təxmin edilir. Hər halda söhbət Qərbin sanksiyaları ilə üz-üzə qalan ölkədən gedir. 

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli Rusiyada baş verənləri “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Moskvada keçirilən etiraz aksiyalarını dəyərləndirməzdən öncə, ilk növbədə aksiyaların hansı məqsədlə keçirilməsini nəzərə almaq lazımdır:“Rusiyada bundan öncə də və daha genişmiqyaslı aksiyalar keçirilib, amma bu aksiyalarda səsləndirlən şüarlar sosial xarakterli olub. Son aksiya isə Moskva Dövlət Dumasına keçirilən seçkilərlə bağlı idi və iştirakçı sayına görə 2011-2012-ci il hadisələrindən sonra ən genişmiqyaslı etiraz dalğası sayıla bilər. Mərkəzi hakimiyyətin narahatlığına səbəb də məhz aksiyaların siyasi xarakter daşıması olub. Çünki sosial xarakterli aksiyalar hökumətin və ayrı-ayrı dövlət qurumlarının bu və ya digər sahələrdəki fəaliyyətindən narazılıq ifadə edir. Yəni bütövlükdə siyası hakimiyyətə yönəlmir. Amma siyasi aksiyalar birbaşa siyasi hakimiyyətə qarşı etirazdır və adətən belə aksiyalar hakimiyyətin reytinqinə ciddi təsir göstərir”. Politoloq hesab edir ki, burada hansısa xarici ölkənin birbaşa əlinin olduğunu iddia etmək, bir az ideoloji yanaşma olardı: “Məsələ burasındadır ki, Rusiya müxalifəti seçkilərə kifayət qədər ciddi hazırlaşıb. Aksiyalar zamanı adətən ortaq məxrəcə gələ bilməyən qüvvələrin, məsələn, Navalnı tərəfdarları və ”Yabloka"nın öz fəaliyyətlərini əlaqələndirməsini də yenilik hesab etmək olar.

Russia protesto ile ilgili görsel sonucu

Təbii ki, bu amil də, çox güman ki, siyasi hakimiyyəti daha çox narahat edib. Yaşin, Sobol və Qudkov kimi tanınmış müxalifət nümayəndələrinin seçkilərə buraxılmaması, aksiyadan bir neçə gün əvvəl Aleksandr Solovyev, İvan Jdanov və artıq həbsdə olan Aleksandr Navalnıya məxsus mənzillərdə axtarış aparılması, şübhəsiz ki, aksiyalara öz təsirini göstərməyə bilməzdi. Amma təsir Rusiya hakimiyyətinin gözlədiyi kimi olmadı, əks effekt verdi. Doğrudur, bu prosesdə, xüsusilə də aksiyalardan sonra ABŞ və müttəfiqlərin Rusiyaya qarşı ritorikaları daha da sərtləşib. Bu isə öz növbəsində Rusiyanın hakimiyyətə yaxınlığı ilə seçilən ekspertlərinin və kütləvi informasiya vasitələrinin Qərbin son aksiyaları stimullaşdırdığını söyləməyə əsas verib". E.Mirzəbəyli qeyd etdi ki, bu, məsələnin təbliğat, yaxud əks-təbliğat tərəfidir: “Ortalıqda olan mənzərə isə ondan ibarətdir ki, insanlar dəyişiklik istəyirlər və populist şüarlardan, qlobal müstəvidə baş verən geosiyasi oyunlardan, Rusiyanın nəhəng dünya gücü olması barədə aparılan təbliğatdan yorulublar. Onlara bu nəhəng gücün potensialını öz həyatlarında hiss etmək lazımdır, nəinki Suriyada, yaxud başqa bir ərazidə...”

“Həm paytaxt şəhəri, həm ölkəni idarə edən siyasi elitanın maraqlarının cəmləşdiyi məkan, eləcə də bəzi müxalifyönlü cərəyanlar ətrafında formalaşan mühit baxımından Moskvada son dərəcə qaynar vəziyyət hökm sürür”.
 

Tofiq Abbasov ile ilgili görsel sonucu

Bu fikirlər isə politoloq Tofiq Abbasova məxsusdur. Ekspertin sözlərinə görə, sonuncu paytaxt meri seçkilərindən sonra müxaliflər məhz şəhər dumasına seçkiləri hədəfdə saxlamışdılar ki, öz sözlərini deyib qüvvələr nisbətini dəyişsinlər: “Ümumiyyətlə, Rusiyanın siyasi ənənəsində paytaxt amilinin son dərəcə vacib rol oynaması özünü büruzə verir. Oktyabr çevrilişindən sonra mərkəzi şəhərdə baş verənlər ölkə müqəddəratını müəyyən edib. Elə sovet rejimi çökdükdən sonra da Boris Yeltsinin Moskvanın mərkəzində tankın üzərinə qalxaraq xalqa müraciət etməsi hər şeyi həll etdi. Günün bu günündə də Moskva dumasına seçkilər o dərəcədə gərgin hala gətirilib ki, hakimiyyət qarşıdurma meyili ilə bağlı həssas durumda olmağa məcburdur. Məsələ heç onda deyil ki, Navalni, Qudkov və sair müxaliflər mərkəzi hökümətə təhdiddirlər. Problemin ağırlığı ondadır ki, ölkə boyunca etiraz ab-havası xeyli artıb və əgər paytaxtda hakimiyyət nəzarəti itirsə, onda bir çox vacib bölgələrdə həqiqi inqilab dalğası qalxa bilər...” T.Abbasov şübhə etmir ki, baş verənlər xarici mərkəzlərin diqqətindədir: “Çünki inqilabi prosesi kəskinlşdirmək Corc Sorosla birgə digər demokratik fond və açıq cəmiyyət təsisatlarının planlarına uyğundur. Təsadüfi deyil ki, iki minə yaxın saxlanılanların yarısından çoxu heç Moskva sakini deyil. Onların arasında bölgələrdən gəlmiş və hətta xaricdə yaşayan Rusiya vətəndaşları da var. Bu da ondan xəbər verir ki, inqilabi texnologiyalardan istifadə olunub. Kütlənin özünün mütəşəkkil tərzdə aparması, asayış keşikçilərinə birinci hücum etməsi göstərir ki, ”paytaxt küçəsi" özünün düşünülümüş formada aparmaqla hakimiyyət qüvvələrinə özünün iddiasını təqdim edib".

Politoloq digər məqama da diqqət çəkdi: “Həmin gün Moskvaya xarici media mənsublarıının xeyli sayda axışması da göstərir ki, prosesin gedişatına təkcə Rusiyadaxili qüvvələrin deyil, həm də kənar dairələrin marağı böyükdür. Xaric anlayır ki, əgər seçki prosesi saxtalaşdırılırsa, deməli, bundan istifadə etmək zəruridir. Odur ki, Moskva merinin seçkilərində müxaliflər özlərini nisbətən dözümlü apardılarsa, bu dəfə ciddi-cəhdlə hazırlaşıb hakimiyyətə meydan oxudular”.

Bəs, bu proseslər Putin üçün təhlükəlidirmi? Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi? T.Abbasov: “Xeyr. İndiki Rusiya ilə SSRİ-nin süqut dövrü arasında böyük fərq var. Kreml bütün bu qəbildən olan prosesləri izləyib adekvat cavab verməyə qadirdir. Əslində belə qarışıqlıqların mediada işıqlandırılması son dərəcə əhəmiyyət kəsb edir. Sosial şəbəkələrin də vacib rolu var və buna görə də hakimiyyət prosesləri özbaşına  buraxmır və həm tədbirləri və hətta kəsərli əks-tədbirləri görür. Bu da çox əhəmiyyətli göstəricidir...” Ekspert Navalnının həbsi və zəhərlənməsi şəraitində problem yaşanmayacağını da vurğuladı: “Lider qıtlığı yoxdur, xarizmatik öndə gedən problemi var. Zənn edirəm ki, zəhərlənmə məsələsi feyk üzərində qurulmuş gedişdir. Onun bir o qədər də tutarlı kəsəri olmayacaq”./musavat