"NEFTİMİZİ QAÇAQ YOLLARLA SATIRIQ" - İran prezidentinin müavinindən ETİRAF

Baxış sayı:
34214

“3 ildir ki, öz neftimizi qaçaq yollarla satırıq”.
 
Muxalifet.az "Azad İran" Teleqram kanalına istinadən xəbər evrir ki, bu fikirləri İran prezidentinin iqtisadi məsələlər üzrə müavini Mohsen Rzayi səsləndirib.
 
“Dollarla əldə edilən gəliri gizli yollarla ölkəyə gətiririk", deyə o, qeyd edib.
 
ABŞ-ın İrana qarşı qoyulan sanksiyalar məsələsinə də toxunan Rzayi habelə vurğulayıb ki, İranın Amerika tərəfindən iqtisadi mühasirəyə alınması xalqın səyləri ilə məğlubiyyətə uğramalıdır.
 
Onun sözlərinə görə, daxili sanksiyalar xarici sanksiyalardan daha təhlükəlidir.