Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Baxış sayı:
3475

Yevlax şəhərinin Qoyunbinəsi kəndində baş verən qəzada ölənlərdən daha birinin kimliyi bilinib.  
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ərazidə  “Hyundai” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1974-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və daha bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./Demokrat.az
***
Yevlaxda baş verən ağır avtoqəzada ölən şəxslərdən birinin kimliyi müəyyən edilib.
APA xəbər verir ki, bu, 1975-ci il təvəllüdlü Goranboy rayon sakini Cəlal Rüstəmovdur. Həyatını itirən digər şəxslərin də kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, yol qəzası zamanı "Hyundai" markalı yük maşını ilə "Mitsubishi" markalı minik maşını toqquşub. Yol qəzası nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.