NATO generalından Türkiyə-ABŞ münasibətləri haqda açıqlama

ABŞ-ın keçmiş NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı admiral Ceyms Stavridis Türkiyə ilə ABŞ arasındakı strateji əməkdaşlığın davam etdiyini, ancaq bəzi taktiki narahatlıqların olduğunu söyləyib.
Admiral Stavridis təqaüddə olan vitse-admiral Əli Dəniz Kutluk ilə Türk İrs Fondunun Vaşinqtonda təşkil etdiyi paneldə çıxış edib.
Atasının orduda Koreya Müharibəsi zamanı Türk əsgərləri ilə birgə xidmət etdiyini və onda Türklərlə bağlı mühüm bir təəssürat yaratdığını bildirən keçmiş NATO komandanı, ABŞ ordusunda vəzifəli olduğu illərdə Türk əsgərləri ilə çalışdığını və Türk ordusunun xüsusən hava, dəniz və xüsusi qüvvələrini olduqca uğurlu ölduğunu söyləyib.
Türk-Amerika əlaqələrinə də toxunan Stavridis, Vaşinqtondakı bəzi düşüncə mərkəzlərinin Türkiyəni "nə dost, nə düşmən" kimi xarakterizə etmələrini tənqid edib.
Stavridis, "İki ölkə arasındakı əlaqə strateji olaraq yolundadır. Zaman içində mənfəətlərimizin ayrılmaqdan çox eyni xəttə gələcəyinə inanıram" deyib.
Böyük millətlərin daimi ittifaqlarından daha çox daimi mənfəətləri olduğuna diqqəti çəkən təqaüddə olan admiral, Türkiyə ilə ABŞ arasında bəzi "taktiki narahatlıqlar" olduğunu ifadə edib.
İki ölkə arasındakı münaqişələrin tez bir zamanda həll edilməsi lazım olduğuna diqqəti çəkən Stavridis, "Operativ sınamaları etməyimiz lazım olduğu kimi, bunları da (taktiki məsələləri) həll etmək lazımdır, çünki bu münasibət ABŞ üçün də, NATO ittifaqı üçün də çox əhəmiyyətlidir" deyib.
SURİYANIN BÜTÖV QALMASI MÜMKÜN DEYİL
Suriyada Bəşər Əsəd rejiminin uşaq və qadınlar daxil, mülki əhalini qətlə yetirdiyini söyləyən edən Stavridis, Türkiyənin Əsəd rejimi mövzusundakı sərt davranışını qorumasına ümid etdiyini dilə gətirib.
İranın başda Suriya olmaqla, bütün Orta Şərqdə yayılmağa çalışdığını və bu səbəblə ABŞ-ın regionla əlaqəli daim hazırlıqlı qalmaq vəziyyətində olduğunu qeyd edən Stavridis, ABŞ-ın Suriya və Orta Şərqdəki Şiə repressiyasından narahatlıq duyduğunu söyləyib.
Stavridis ABŞ ilə Türkiyənin Suriyanın şimalında təhlükəsiz zona yaradılması üzərində çalışmasının Türkiyənin terror mövzusundakı bəzi narahatlıqlarına cavab verəcəyinə işarə edərək, "Ya Türkiyə tərəfindən, ya da beynəlxalq qüvvələrlə tətbiq olunsun, (Suriyada) təhlükəsiz bölgənin artıq ciddi müzakirə edilməsi lazım olduğuna inanıram" deyə söyləyib.
Suriyanı 90-cı illərdəki Balkanlara bənzədən Stavridis, "Suriyanın bütöv bir ölkə olaraq qalmasının artıq mümkün görülmədiyini hesab edirəm" deyib.
Ölkənin Şiə və Sünni oxu üzərindən bölünə bləcəyiə diqqəti çəkən Stavridis, "Zaman içində Sünni və Şiə Suriyasını görəcəyimizi düşünürəm" deyib.
Stavridis Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasına da toxunaraq iki tərəfin qarşılıqlı təminat verməsi ilə texniki tənzimləmələrin söz mövzusu ola biləcəyini söyləyib.
TÜRKİYƏ ABŞ-ın ÖZÜNƏ TABE EDƏCƏYİ BİR ÖLKƏ DEYİL
Təqaüddə olan vitse-admiral Kutluk da Türkiyənin ABŞ ilə ittifaqı üçün başda Koreya Müharibəsində olmaqla, Soyuq Müharibə dövründə ABŞ ilə Sovetlər Birliyi arasındakı nüvə mübarizəsində bir çox fədakarlıq etdiyini söyləyib.
Ölkəsinin tarixin heç bir dövründə dövlət müstəqilliyindən vaz keçmədiyinə işarə edən vitse-admiral, Türkiyənin müstəqilliyin izini təqib etdiyini söyləyib.
ABŞ-ın bir çox ölkəyə dəstək verdiyini xatırladan Kutluk, ABŞ-ın Türkiyə ilə münasibətlərini başqa ölkələrə bənzətməsinin yanlış olduğunu, Türkiyənin özünə tabe edəcəyi bir ölkə olmadığını vurğulayıb.
Türkiyənin Rusiya ilə əlaqələrinə də toxunan Kutluk, bu əlaqənin birbaşa ABŞ ilə münasibətlərə təsir göstərmədiyini bildirib.
Kutluk Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemi almasına dair də bir çox NATO ölkəsinin Rusiya istehsalı sistemlər istifadə etdiyini xatırladaraq bu məsələdə təkcə Türkiyənin tənqid edilməsinə diqqəti çəkib.
ABŞ-ın S-400-lər məsələsində F-35-lərlə bağlı narahatlığına da toxunan Kutluk, "Türkiyə F-35-in yalnız bir alıcısı deyil, eyni zamanda birgə istehsalda iştirakçısıdır. Bu təyyarələrin məlumatlarının Ruslarla paylaşılması demək, Türkiyənin də ortağı olduğu bir layihənin riskə girməsi deməkdir" deyə söyləyib.
Müxalifət.az