Naim Süleymanoğlunun Yapon qız ilə bağlı DNT atalıq testinin nəticəsi bəlli oldu

Baxış sayı:
6946

Nəim Süleymanoğlu ötən il 18 noyabrda vafat edib. Dünyaca məşhur ştanqçının vəfatından sonra diqqətçəkən bir atalıq davası açılıb. Yapon Sekai Mori, Süleymanoğlunun onun qızının atası olduğunu irəli sürərək iddia qıldırıb. Mori sözügedən iddianı qaldırmasına Süleymanoğlunun qızları Sezin və Ə. Süleymanoğlu təpki göstərmişdi. Məhkəmə, Morinin iddiasına dair DNT araşdırması aparılmasına qərar verib. Ədliyyə Tibb Müəssisəsinə göndərilən DNT analizindən sonra hesabat hazırlanıb. HÜQUQİ VARİS OLUR Mövzu ilə əlaqədar ədliyyədəki bir mənbə, hesabatda çıxan nəticəyə görə, Sekai Morinin, Nəim Süleymanoğlunun qızı olduğunu bildirib. Hesabatın məhkəmə dosyesinə daxil olması ilə birlikdə Mori də qanuni varisliyini almış olacaq. İkinci mərhələdə isə mirasın pay bölgüsünə keçiləcək. ÜÇ UŞAĞI DAHA VAR Sekai Moridən başqa, Süleymanoğlunun üç uşağı daha var. Adının açıqlanmasını istəməyən mənbə, “Hesabatdakı bu nəticəyə görə, Süleymanoğlu, üç ayrı qadından 4 uşaq sahibidir. Süleymanoğlunun heç bir qadın ilə rəsmi nikahı olmayıb" deyə, bildirib. O PUL ÜÇÜN DAVA AÇACAĞIQ Süleymanoğlundan miras olaraq 2 milyon lirə qiymətində 4-5 daşınmaz əmlak qalıb. Süleymanoğlunun vəfatından 4 ay əvvəl qardaşı M. Süleymanoğlu 2 milyon lirəlik para transferi etdiyi müəyyən olunub. Verilən məlumata görə, Süleymanoğlu Antalyada yerləşən 6 hektar ərazisini sataraq nəqd pula çevirib. Adının açıqlanmasını istəməyən mənbə "Vəfatından qısa müddət əvvəl belə bir pul transferi etdiyini müəyyənləşdirdik. Uşaqlarına qalmaması üçün belə bir əməliyyat etdiyini düşünürük. Bu pul ilə bağlı da borc iddiası açacağıq" deyib. Müxalifət.az