Məşhur rusiyalı aparıcının meyitini həyat yoldaşına vermədilər

Baxış sayı:
1879

Mayın 9-da Moskvada faciəli şəkildə həlak olmuş məşhur jurnalist və teleaparıcı Sergey Dorenkonun bu günə planlaşdırılmış dəfni baş tutmayacaq.

Virtualaz.org “Qovorit Moskva” radiosuna istinadən xəbər verir ki, buna səbəb polisin Dorenkonun meyitini onun həyat yoldaşına verməkdən imtina etməsi olub.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Sergey Dorenkonun qızları atalarının zəhərlənə biləcəyindən şübhə etdiklərini deyiblər. Bu səbəbdən də meyitin təkrar məhkəmə-tibbi ekspertizasına təqdim olunmasına zərurət yaranıb.