​Moskva ordu oyunlarını Ermənistan və İrana salır

Baxış sayı:
3877

Beynəlxalq Ordu Oyunları çərçivəsində baş tutacaq 2 müsabiqə ilk dəfə İran və Ermənistanda keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Mətbuat xidməti dənizdəki müsabiqələrin əsasən Xəzər və Şərqi Çin dənizi akvatoriyalarında baş tutacağını bildirib.
Qeyd edək ki, beynəlxalq ordu oyunları 28 iyuldan 11 avqusta qədər olan müddətdə baş tutacaq. Oyunlar eyni anda 24 poliqonda baş tutacaq. Müsabiqələr Azərbaycan, Ermənistan, Belarus, İran, Qazaxıstan, Çin və Rusiyada baş tutacaq.