​MİT-dən növbəti FETÖ əməliyyatı: 11 nəfər tutuldu

Baxış sayı:
1516

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) FETÖ üzvü dəstənin Yunanıstana qaçmasının qarşısını alıb.
Muxalifet.az xəbər verir ki, Sahil Mühafizə Xidmətinin (SMX) qaynar xəttinə daxil olan məlumat əsasında əməliyyata başlayan MİT 11 nəfəri saxlayıb.
Məlumata görə, qaynar xəttə daxil olan zəngdə dənizdə gəmilərdən birinin batmaq təhlükəsi ilə üzləşdiyi qeyd olunub. Dərhal hadisə yerinə yollanan SMX əməkdaşları və MİT nümayəndələri gəmidəki şəxslərin şəxsiyyətini təyin etməyə çalışıblar. Aparılan araşdırma zamanı sözügedən şəxslərin bir çoxunun axtarışda olduğu müəyyən edilib.
Qeyd edək ki, bu gün Egey dənizində göyərtəsində 16 FETÖ üzvünün olduğu gəmi batıb. FETÖ-çular Yunanıstana məxsus Midilli (Lesbos) adasına qaçmağa çalışırmış. Gəminin göyərtəsində olanlardan 6 nəfər həlak olub, 9 nəfər xilas edilib, 1 nəfərin taleyi ilə bağlı isə məlumat yoxdur.