​Millimiz İsveç üzərində əzmkar qələbə qazandı

Baxış sayı:
2800

Bu gün Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa çempionatının seçmə turnirində çıxışlara başlayıb.
Muxalifet.az xəbər verir ki, “Dərnəgül” mərkəzində keçiriləcək qrup mərhələsinin birinci turunda komandamız İsveç voleybolçularına qarşı çıxış edib.
Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.
Qeyd edək ki, avqustun 18-də yığmamız Lüksemburq komandası ilə qarşılaşacaq.
Qrup mərhələsinin nəticələrinə görə, qalib final dərəcəsinə çıxacaq, ikinci yeri tutan 6 komanda 5 vəsiqə iddiasında olacaq. Seçmə turnirində cəmi 28 yığma iştirak edəcək.