“Məhərrəm Əliyevin “Diqlas”la əlaqəsi yoxdur” – Adil Əliyev

Baxış sayı:
9793

Millət vəkili Adil Əliyev  qardaşı, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin adının ötən gün yanan “Diqlas” Ticarət Mərkəzində pay sahibi olması ilə bağlı yayılan məlumatlara reaksiya verib.
“Yeni Sabah” xəbər verir ki, deputat Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi olmadığını deyib: “O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı “Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsə də “Ramal”, özlərinin sağlığına qismət olsun.
Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.