Merkelin təyyarəsinə avtomobil çırpıldı - FOTO

Baxış sayı:
4054

Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, sürücüsü olmayan avtomobil təyyarəyə çırpılarkən kansler təyyarədə olmayıb. 3 ekipaj üzvü xəsarət almasa da, təyyarəyə ziyan dəyib.

Merkelin Dortmunddan Berlinə helikopterlə qayıtdığı bildirilir.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.