Merkeldən qalmaqal açıqlama

Baxış sayı:
4414

Türkiyənin Şərqi Aralıq dənizində neft kəşfiyyat işlərindən narahat olan Almaniyanın baş naziri Angela Merkel də bu məsələni Avropa İttifaqının sammitində müzakirə etdiklərini deyib. Toplantıdan sonra açıqlama verən Merkel, Yunan Kiprinin arxasında olduqlarını dilə gətirərək "Cənubi Kiprin maraqlarını müdafiə edəcəyik" - deyib. Merkel bir jurnalistin "Cənubi Kipr Türkiyəyə sanksiyalar tələb edir. Almaniya belə bir addımı dəstəkləyə bilərmi "sualına", “Sanksiyalar haqqında bu gün danışmadıq" cavabını verib.
 
Türkiyə XİN-dən Şərqi Aralıq dənizi brifinqi
 
 Ankaradakı bəzi diplomatik missiyaların nümayəndələrinə Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizindəki son gəlişmələr və Fateh qazma gəmisinin Türk qitə dəhlizindəki fəaliyyəti barədə brifinq verib. Verilən brifinqə Avropa Birliyi, BMT Təhlükəsizlik Şurasının üzvləri, region ölkələri və maraqlı digər ölkələrdən iştirak təmin olunub. Brifinqdə Şərqi Aralıq dənizində Dəniz Səlahiyyət Sahələrinin məhdudlaşdırılması məsələsində Türkiyənin beynəlxalq hüquqa uyğun haqlı tezisləri deyilib. Brifinq zamanı məhdudlaşdırma müqavilələri və mübahisələrindən nümunələrlə ətraflı təqdimat keçirilib. Türkiyənin həm öz şelfində, həm də Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyəyə neft rüsxəti verdiyi sahələrdə seysmik və buruq fəaliyyətini qətiyyətlə davam etdirəcəyi dinləyicilərin diqqətinə çatdırılıb.
Müxalifət.az