Meksikada təyyarə qəzası: 14 ölü

Baxış sayı:
6367

Meksikanın Koauila ştatında təyyarə qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Reforma” nəşri yazıb.
“Bombardier Challenger 601” tipli təyyarənin qəzaya uğraması nəticəsində 11 sərnişin və 3 heyət üzvü həlak olub.
Qeyd edək ki, təyyarədə Las-Veqasda keçirilən boks qarşılaşmasına baxdıqdan sonra Meksikanın Monterrey şəhərinə qayıdan sərnişinlər olub.