Matçda hakim öldü, oyun dayandırıldı - VİDEO
14-05-2019 10:50
Baxış sayı:
4392
Futzal üzrə Braziliyada çempionatında hakim ölüb.
“The Sun” xəbər verir ki, “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyunu idarə edən 44 yaşlı İsildo Fabiano Byançi da Silva meydançada infarkt keçirib.
O, qəflətən yıxılıb. Hər iki komandanın oyunçuları kömək üçün onun yanına qaçıblar. Tibbi heyət gəlib və onu meydançadan xərəkdə çıxarıblar. Yardımlara rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı 0-0 olan hesab hakimin ölümünə görə açılmamış qalıb.