​Maşın qadın piyadanı vurub öldürdü

Baxış sayı:
6172

Martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.