Makrondan Avropanı dəyişmək üçün “yol xəritəsi”
8-09-2017 13:03

Avropa Birliyində reformlar keçirmək lazımdır.
Bunu jurnalistlərə açıqlamasında Fransa Prezidenti Emmanuel Makron söyləyib.
“Mən Avropanın gələcəyi üçün yol xəritəsi təqdim edirəm. Təklif etdiyim metodda yeni Avropa bağlı qapılar arxasında müzakirə olunmayacaq. Biz 2018-ci ildə bütün ölkələrdə yeni hədəflər qoymalıyıq. Altı ay ərzində vətəndaşların toplantısı olacaq və gələcəkdə Avropada seçkilər üçün vahid siyahılar və Avrozonanın parlamenti yaradılacaq. Biz Avropanın yenilənməsi üçün güc tapmalıyıq”, – deyə o bildirib.